Logo

Çili mediasında Həmrəylik Günündən bəhs edilib

05.01.2023 17:44 301 baxış
IMG

Çilinin https://infogate.cl xəbərlər saytında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş məqalə yerləşdirilib.

"Tehsil.biz"in məlumatına görə, Çilinin Adolfo İbanez Universitetinin Elm və Mühəndislik fakültəsinin professoru Şəhriyar Nəsirovun qələmə aldığı məqalədə bildirilib ki, 31 dekabr tarixi Azərbaycanda və dünyada 50 milyonluq soydaşımızın Həmrəylik Günü kimi qeyd edilir. Bu əlamətdar günün tarixinin 1989-cu ildə Naxçıvanda sərhəd sədlərinin sökülməsi ilə başlandığı, Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrildiyi, xaricdə yaşayan azərbaycanlılarla əlaqələri daha da gücləndirmək, onlar arasında birlik və həmrəyliyi təmin etmək məqsədilə 2001-ci ildən etibarən hər beş ildən bir Dünya Azərbaycanlılarının Qurultayının keçirildiyi vurğulanıb.

“Latın Amerikasındakı Azərbaycan diasporunun nümayəndəsi kimi 2021-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçılarından biri də mən olmuşam. Şuşada xaricdə yaşayan soydaşlarımızla görüş özlüyündə tarixi hadisəyə çevrildi. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı çıxışı dünya azərbaycanlıları və ictimaiyyəti üçün çox mühüm və tarixi əhəmiyyət kəsb edirdi”, - deyə professor qeyd edib.

Məqaləni ətraflı şəkildə linkdən oxumaq mümkündür.

Xəbər lenti