Logo

İğdırda Həmrəylik Günündən bəhs edilib

05.01.2023 22:59 427 baxış
IMG

Türkiyənin İğdır şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, İğdır-Azərbaycan Evində baş tutan tədbirdə yerli ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, eləcə də İğdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acar bildirib ki, 31 dekabr Azərbaycan türklərinin birlik və həmrəyliyinin rəmzinə çevrilib. Müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu bu əlamətdar günün tarixindən və əhəmiyyətindən danışan dərnək sədri qeyd edib ki, Azərbaycan türkləri min illər boyu Azərbaycanda yaşayaraq dünya mədəniyyətinə böyük töhfələr veriblər.

“Bu həmrəylik günü düşmənləri tərəfindən parçalanmağa başlayan Azərbaycan türklərinin 1989-cu ildə birliyə doğru ilk böyük addımını atdığı gündür. Bu gün türk birliyinə gedən gündür. Azərbaycan Prezidenti İlham Əliyev bu birliyi, həmrəyliyi daha da irəli aparır. Ona Iğdırdan salam və hörmətimizi göndəririk”, - deyə dərnək sədri söyləyib.

Sonra tədbirdə çıxış edən İğdır Universitetinin dəqiq elmlər və ədəbiyyat fakültəsinin riyaziyyat kafedrasının müdiri Prof.Dr. Elman Hazar və İğdır Universitetinin müəllimi Prof.Dr. Kazım Yıldırım Borçalı türkləri və türk dünyası barədə fikirlərini gənclərlə bölüşüblər.

Xəbər lenti