Logo

Xalq artisti İlqar Muradovun 65 illiyi qeyd olunacaq

06.01.2023 09:33 411 baxış
IMG

Fevralın 12-də Heydər Əliyev Sarayında sevilən sənətkar, Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə yaradıcılıq gecəsi keçiriləcək.

"Tehsil.biz"in məlumatına görə, ifaları ilə qəlbləri fəth edən müğənni gecədə öz repertuarında olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.

Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını də izləyə biləcəklər.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Xəbər lenti