Logo

“AzScienceNet” şəbəkəsinə 8 minədək kompüter qoşulub

06.01.2023 15:42 268 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində ötən il elektron elmin informasiya təminatı üzrə tədbirlər davam etdirilib, müxtəlif təyinatlı informasiya sistemləri, e-resurslar və veb-saytlar işlənilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Qeyd olunub ki, “AzScienceNet” AMEA-nın elmi müəssisə və təşkilatlarının informasiya resurslarının Data Mərkəzdə saxlanılması və hostinq xidmətlərinin dəstəklənməsi, istifadəçilərə e-xidmətlərin təqdim olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası istiqamətində fəaliyyətini genişləndirilib. İnternetə çıxışı “Delta Telecom” provayderi vasitəsilə həyata keçirilən “AzScienceNet” şəbəkəsi ilə AMEA-nın institut və təşkilatlarının əməkdaşları genişzolaqlı internetlə təmin edilib, alim və mütəxəssislər mürəkkəb məsələlərin həllində hesablama gücü 21 tflops-a bərabər olan virtual maşınlar və böyük həcmli yaddaş resurslarından istifadə ediblər.

“AzScienceNet”in xarici yaddaşının həcmi 768 tbayta, internetə qoşulma sürəti 3,5 giqabit/saniyəyə çatdırılıb və 8 minə yaxın kompüter şəbəkəyə qoşulub.

Xəbər lenti