"Azərbaycan Dövlət Kukla Teatrında yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb”.
Tehsil.biz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova feysbukda bildirib.
Onun sözlərinə görə, bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi ötən il noyabrın 21-də Kukla Teatrında yoxlamalara başlamışdı. Bununla bağlı əmri həmin dövrdə mədəniyyət naziri olan Anar Kərimov imzalamışdı.