Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi artıq ildə bir dəfə baş tutacaq.
Tehsil.biz xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsi məlumat yayıb.
Qeyd olunub ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyindən verilib.
Belə ki, tələbə transferləri artıq ildə 1 dəfə - iyul ayında olacaq.