Gəncə Dövlət Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası uğurla davam edir.
Tehsil.biz xəbər verir ki, yanvar ayının 6-dan etibarən imtahanlar kompüter vasitəsilə test üsulu ilə keçirilir.
İmtahanlarda 50 test sualını cavablandırmaq üçün tələbələrə bir saat vaxt verilir.
Bununla yanaşı, bu gündən etibarən universitetdə pilot layihə olaraq Biologiya müəllimliyi ixtisasında imtahanlar şifahi qaydada keçiriləcək.
Sessiya zamanı üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə 02-15 fevral 2023-cü il tarixlərində təkrar imtahan vermək üçün şərait yaradılacaq.
İmtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılıb.
İmtahanlarda ictimai nəzarətin həyata keçirilməsi, şəffaflığın artırılması məqsədilə Gəncə şəhərinin tanınmış ziyalıları, millət vəkilləri, KİV nümayəndələri, tələbələrin valideynləri və QHT üzvlərindən ibarət “İctimai nəzarət şurası”nın yaradılıb. Bununla yanaşı, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası da təşkil edilib.
29 dekabr 2022-ci il tarixində başlayan imtahanlar 01 fevral 2023-cü il tarixində yekunlaşacaq.