Logo

“Microsoft office” proqramları üzrə ödənişsiz təlimlər başa çatıb

06.01.2023 22:50 289 baxış
IMG

Bakı Mühəndislik Universitetində tələbələr üçün təşkil olunmuş “Microsoft office” proqramları üzrə ödənişsiz təlimlər başa çatıb.

Tehsil.biz xəbər verir ki, təlimlərdə uğurla və intensiv iştirak etmiş 22 tələbəyə sertifikat təqdim olunub.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK)  və “FZ Academy”nin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan layihənin məqsədi tələbələrin müvafiq proqramlar üzrə bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsidir.

Növbəti semestrdən “Microsoft office” proqramları üzrə layihənin daha geniş miqyasda tətbiqi, eyni zamanda tələbələr üçün dizayn kurslarının təşkili nəzərdə tutulur.

Xəbər lenti