Logo

Elektron elmin maddi-texniki bazası təkmilləşdirilir

07.01.2023 09:34 231 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “AzEduNet” təhsil şəbəkəsinin GEANT-ın (Gigabit Avropa Akademik Şəbəkəsi) xidmətlərindən istifadəsi istiqamətində işlər aparılır.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, “EaPConnect” layihəsi çərçivəsində alınmış telekommunikasiya avadanlığı quraşdırılıb və istismara verilib, eləcə də “AzEduNet” ilə “AzScienceNet” arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlığında 10 giqabit saniyə portlar aktivləşdirilib. Həmçinin 3 giqabit saniyə internet trafikindən səmərəli istifadə edilməsi istiqamətində işlər davam etdirilir.

İnformasiya Texnologiyaları İnstitutunda, o cümlədən “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində bu il elektron elmin maddi-texniki bazasının təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmin səmərəsinin artırılması, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi və s. istiqamətlərdə işlərin yerinə yetirilməsi nəzərdə tutulur.

Xəbər lenti