Logo

Bu müəllimlər üçün STEAM dərsləri layihəsi davam edir - FOTO

07.01.2023 10:55 662 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqə layihəsində qalib gələn "İcma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən müəllimlər üçün STEAM dərsləri" layihəsi davam edir.

"Tehsil.biz"in məlumatına görə, layihənin rəhbəri Nərmin Həbilova bildirib ki,  layihənin məqsədi Zaqatala-Balakən rayonları üzrə İcma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən müəllimlər üçün STEAM təlimlərinin keçirilməsindən ibarətdir.

Mərkəzlərdə 3-4 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil üzrə hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə dərslər təşkil olunur.

Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Balakən rayon üzrə 24, Zaqatala rayon üzrə 18 mərkəzdə 34 müəllim fəaliyyət göstərir.

Layihədə yalnız Zaqatala və Balakən rayonlarında icma əsaslı məktəbəqədər təhsil qruplarında fəaliyyət göstərən və ilkin qiymətləndirmə imtahanından keçən 15 nəfər müəllim iştirak edə bilər. Dərslər Balakən rayon A.Əsgərov adına Qazbinə kənd tam orta məktəbində yalnız həftəsonları keçirilir.

Layihənin icra müddəti 4 aydır. 3 noyabr 2022-ci il layihənin icra prosesinə başlanılıb, 3 fevral 2023-cü il tarixində layihənin icra prosesi yekunlaşır.

Xəbər lenti