Logo

Azərbaycanda məktəbdə şagird şagirdi öldürüb?

07.01.2023 11:07 529 baxış
IMG

Naxçıvanın Babək rayonunun Nehrəm kəndində gənc oğlan qətlə yetirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 6-sı Naxçıvanın Babək rayonunun Nehrəm kəndi ərazisində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Araşdırma zamanı zərərçəkmişin 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Sosial şəbəkədə yayılan məlumatlarda isə hadisə qəsəbə ərazisində olan orta məktəbdə baş verib.

Belə ki, məktəbin şagirdi olan 17 yaşlı Tuncay Abdullayev digər şagird və həmkəndlisi olan Rəhman Süleymanov tərəfindən bıçaqlanıb.

Hadisənin məktəbdə tənəffüs zamanı qeydə alındığı bildirilir.

Xəbər lenti