Xəzər rayonunda yerləşən Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən 2006-cı il təvəllüdlü Turan Rüstəmovun məzarı hazırlanıb.
Tehsil.biz xəbər verir ki, görüntü sosial şəbəkədə paylaşılıb.
Xatırladaq ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Turan Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdi.
Hadisədən sonra Turan Rüstəmov doğulduğu Yevlax rayonunda dəfn edilib.
Qeyd edək ki, T.Rüstəmov Yevlax şəhərinin Hacıselli kənd orta məktəbinin XI sinifində təhsil alırdı.
Həmin görüntünü təqdim edirik:
Həmçinin oxuyun: Öldürülən şagirdin oxuduğu məktəbin direktoru danışdı