Logo

“Ömər Faiq Nemanzadə” fotoalbomunun təqdimatı olacaq

07.01.2023 15:07 445 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanan “Ömər Faiq Nemanzadə” fotoalbomunun yanvarın 10-da təqdimatı olacaq.

Bu barədə muzeydən məlumat verilib.

Fotoalbom Prezident İlham Əliyevin görkəmli maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 iliyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində hazırlanıb.

Muzeyin icraçı direktoru Fərhad Cabbarovun və Ö.F.Nemanzadənin nəticəsi Ülviyyə Pepinovanın tərtibçisi olduğu fotoalboma böyük maarifçinin varisləri tərəfindən muzeyə hədiyyə olunmuş materiallar daxil edilib.

Xəbər lenti