Logo

Samsunq yeni smartfonlarını təqdim edəcək

07.01.2023 18:52 265 baxış
IMG

Samsunq şirkəti yeni “Samsunq Qalaksi S23” flaqman smartfon seriyasını fevralın 1-də nümayiş etdirəcək.

Tehsil.biz xəbər verir ki, bu barədə şirkətin Kolumbiya bölməsinin rəsmi saytında dərc olunan afişaya istinadən “SamMobile” məlumat yayıb.

Şayiələrə görə, “Qalaksi unpacked” şousu San Fransiskoda keçiriləcək.

Tədbir çərçivəsində Samsung ən azı üç yeni flaqman smartfon modelini – “Qalaksi S23”, “Qalaksi S23 Plus” və “Qalaksi S23 Ultra”nı nümayiş etdirəcək.

Bütün seriyaların 7 fevral 2023-cü ildə satışa çıxarılacağı gözlənilir.

Xəbər lenti