İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim təhsil ocağında ayaqyolu olmamasına görə etiraz edib.
Tehsil.biz xəbər verir ki, müəllim dərs zamanı şagirdlərə məktəbdə ayaqyolunun olmadığını bildirib və təhsil müəssisəsində ayaqyolu tikilməyənə qədər şagirdlərə dərsə gəlməmələri haqda tapşırıq verib.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Tehsil.biz"ə sosial şəbəkədə yayılan görüntülərin araşdırıldığını bildirib.
Mil-Muğan Regional Təhsil İdarəsinin isə məlumatına görə, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir.