Logo

"Direktor məni həbs etdirəcəyi ilə hədələyir" - Məktəb müəllimi

20.02.2021 13:54 1971 baxış
IMG

Sabunçu rayon 22 nömrəli məktəbin direktoru Azər Ələkbərov barəsində edilən şikayətlərin ardı-arası kəsilmir.

 

Redaksiyamıza daxil olan növbəti olduğu kimi təqdim edirik:

 

"Salam. Mən Qasımlı Aynurə etdiyim şikayətlərə görə direktor məni yaratdığı müəllimlərin "Whatsapp" qrupundan çıxardıb. Yəqin ki, müəllimlərə təlimat verəcək ki, onu müdafiə etsinlər. Yazıq müəllimlər də işlərinə görə onun hərəkətlərinə göz yumacaqlar.

 

Xahiş edirəm, sizə yazdığmı "Youtube" kanalında da dərc edin. Prezidentimizə, Mehriban xanıma, Təhsil nazirimizə bu xəbər çatsın. Keçən il qaynanam Prezidentimizə, Mehriban xanıma teleqram vurdu. Ancaq heç bir cavabı çıxmadı. Mən BŞTİ insan resursları şöbəsinin müdiri Məmmədov Raman müəllimin qəbulunda oldum. Məlumatı ona da bildirdim. O da kömək etmədi. Dəfələrlə BŞTİ-də işləyən məktəbimizə təhkim olunmuş Elməddin müəllim Qazıyevə, sonra Gülnar xanıma bildirdim. Ancaq heç bir faydası olmadı. Bu direktora heç kim bir söz demədi. Ona görə də hər gün daha da aqessivləşdi. Xahiş edirəm, mən sizdən kömək istəyirəm. Mənim səhhətimdə problem olsa da Uşaq Birliyi Təşkilatı Rəhbəri kimi öz işimin öhdəsindən layiqincə gəlirəm.

 

Mən keçən il məktəbimizdə olan Məktəblinin dostunun rəhbəri Gülarə xanıma bidirmişəm. O da şahidi olurdu ki, dəfələrlə məni təhqir edir, incidir. Gülarə xanım deyirdi  ki, rəhbərliyimizə bildirmişəm. Ancaq yenə heç kim mənə kömək etmirdi.

 

İndi işə gəldim, mənim komputerimi təsərrüfat müdiri İsmayılov Novruz götürdü. Dedi ki, direktor Azər müəllimin tapşırığıdır. Mənə tapşırıq verib...

 

Mənə BŞTİ-nin razılığı əsasında 12 saat texnologiya dərsi verilib. Yəqin ki, indi onu da alacaq. Komputerimi bu gün götürtdü ki, desin tapşırığımı yerinə yetirmir. Başqası işləyir. Bu çox təhlükəli insandır. Məni həbs etdirməklə, qoluma qandal taxdırmaqla hədələyir".

 

Ardı var...

 

Qeyd: Qarşı tərəflərin mövqeyini yayımlamağa hazırıq!

Xəbər lenti