Logo

Tennis akademiyası yaxınlığında ağac aşdı, yol bağlandı

08.01.2023 14:22 469 baxış
IMG

Bakıda ağacın aşması səbəbindən avtobusların hərəkət sxemi dəyişdirilib.

Bu barədə "Tehsil.biz" Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınlığında yolun hərəkət hissəsinə ağac aşması səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu səbəbdən həmin küçəyə daxil olan 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilib.

Xəbər lenti