Logo

Qubada virusa yoluxan müəllimlər karantinə alınıb

22.09.2020 15:08 586 baxış

Xəbər verildiyi kimi, Quba rayonunun Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev Azvision.az -a açıqlamasında bildirib ki, koronavirusa yoluxan müəllimlər 2 gündür karantindədir.
"Yoluxma mənbəyi dəqiq bilinmir. Məktəbdə dərslər distant şəkildə davam edir. Müəllimlərin test nəticələri bəlli olduqdan sonra məktəbdə dərslərin əyani formada bərpa olunması barədə qərar veriləcək".

Xəbər lenti