İmişli rayonu Aranlı kənd məktəbinin 3 sanitar qovşağı var.
Tehsil.biz xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsinin açıqlamasında bildirilir.
Qeyd edilib ki, məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq:
"Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq".