Logo

BDU-nun Qazax filialında 17 ixtisas üzrə 1768 tələbə imtahan verir

09.01.2023 13:46 307 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası davam edir.

Tehsil.biz xəbər verir ki, filialda 17 ixtisas üzrə imtahanlar iki növbədə keçirilir. Qış imtahan sessiyasında 1768 tələbə iştirak edir.

Bununla bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarətçi müəllim-koordinatorların siyahısı təsdiq olunub, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb.

İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apelyasiya Komissiyası formalaşdırılıb. Filialda “Qaynar xətt” də fəaliyyət göstərir.

Qazax filialının direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır.

Sessiya fevral ayının 6-dək davam edəcək.

Xəbər lenti