Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə ARB 24 TV-yə canlı yayım vasitəsilə açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, həmçinin təhsildə fasiləsizliyin təmin edilməsinin diqqət mərkəzində olduğunu bildirib.
Ətraflı videoda: