Logo

GDU-da qiyabi təhsil alan tələbələrin dərsləri başlayıb

09.01.2023 19:54 314 baxış
IMG

Gəncə Dövlət Universitetində qiyabi təhsil alan tələbələrin dərsləri başlayıb.

Tehsil.biz xəbər verir ki, Qiyabi şöbənin müdiri, dosent İlqar Kubışov tələbələrə dərslərində  uğurlar arzulayıb.

Bildirib ki, tələbələrin zəruri dərsliklərlə təmin edilməsi, dərslərin keyfiyyətli təşkili və imtahan sessiyalarının obyektiv keçirilməsi üçün mühüm işlər görülüb. Bununla yanaşı, Qiyabi şöbədə yanvar ayının 25-dən etibarən keçiriləcək payız semestrinin imtahan sessiyası üçün 13 ixtisas üzrə təhsil alan tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi də diqqət mərkəzində saxlanılıb.

Qeyd edək ki, Qiyabi şöbədə yanvar ayının 5-dən başlayan payız sessiyası fevral ayının 2-ə kimi davam edəcək.

Xəbər lenti