Azərbaycan Rəssamlar İtiffaqı Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərinin satışa çıxarılmasına münasibət bildirib.
Tehsil.biz xəbər verir ki, qurum rəsmisi Ofeliya İmanova Qaynarinfo-ya açıqlamasında bu satışdan xəbərsiz olduğunu bildirib.
"İttifaqda rəhbərlikdən heç kim yoxdur. Hamı xəstədir. Mən də məsələdən xəbərsizəm. İndi biz neyləməliyik? İşə indi çıxmışam, heç nədən xəbərim yoxdur”, deyə Ofeliya İmanova bildirib.
Xatırladaq ki, Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri "eBay” internet mağazasında Oğuz Tolga adlı şəxs satışa çıxarıb. S. Bəhlulzadənin 650 əsəri 18 500 000 dollara (31 450 000 AZN) təklif olunur.