Logo

DİM dövlət qulluğu üzrə imtahan verəcək namizədlərə müraciət edib

10.01.2023 15:58 320 baxış
IMG

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB vəzifə qrupuna aid inzibati vəzifələr üzrə yanvarın 15-də kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qeyd edilib ki, namizəd imtahana şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Yanvarın 15-də keçiriləcək digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar, həmçinin inzibati rəhbər vəzifələr (A növü) üzrə dövlət qulluğuna qəbul imtahanı isə kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək.

Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər.

Xəbər lenti