Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun İrana təhsil almağa göndərdiyi gəncin meyiti tapılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz feysbukda məlumat paylaşıb.
O qeyd edib ki, Vasif Talıbovun himayədarlığı ilə İranın Qum şəhərinə təhsil almağa göndərilən və daha sonra meyiti Araz çayından tapılan gənc Babək rayonunun Qahab kəndindəndir:
“İddialara görə, atası Naxçıvanlı uşaqların casusluğa cəlb olunması barədə müvafiq orqanlara şikayət edibmiş. Tələbənin meyiti də məhz bu şikayətdən sonra Araz çayından tapılıb”.
Qahab sakinlərindən biri yazır:
“Bu oğlan qahablı idi. Dedilər, üz gözünu balıqlar yeyib tanınmır. Onu zorla tez basdırdılar ki, araşdırılmasın. Ailəsi inanmırdı ki, meyit övladlarınındır”, - Heydər Oğuz bildirib.