Logo

Azərbaycanlı gənc Fransada yüksək vəzifəyə dəvət alıb

11.01.2023 14:43 569 baxış
IMG

Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistr pilləsində “Verilənlər Elmi və Süni İntellekt” ixtisası üzrə təhsil almış məzunu Ləman Həsənli Haute-Alsace Universitetinin Professoru Maxime Devanne tərəfindən IRIMAS laboratoriyasında elmi tədqiqat layihəsində  4 ay ərzində Tədqiqat Mühəndisi vəzifəsinə dəvət olunub.

Tehsil.biz xəbər verir ki, keçən il magistr dərəcəsi üzrə kurrikulumun bir hissəsi olaraq o, Fransanın Mulhouse şəhərində təcrübə keçib və təhsilini uğurla başa vurub.

"Belə bir fürsət yaratdığı üçün UFAZ-a təşəkkür edirəm, ümid edirəm ki, bu səyahət mənim Verilənlər Elmi üzrə həm tədqiqat, həm də sənaye aspektləri üzrə bilik və təcrübəmi gücləndirəcək”, - Ləman Həsənli qeyd edib.

Xəbər lenti