Logo

Naxçıvanda "Report" İnformasiya Agentliyinin bürosu açılıb

11.01.2023 19:25 282 baxış
IMG

Naxçıvan Muxtar Respublikasında "Report" İnformasiya Agentliyinin bürosu açılıb.

Agentlikdən verilən məlumata görə, məqsəd muxtar respublikada siyasi, iqtisadi, sosial, mədəniyyət, idman, eləcə də digər sahələrdə baş verən ən vacib hadisələri operativ və dəqiq şəkildə oxuculara çatdırmaqdır.

Bununla da 2014-cü ildən fəaliyyətə başlayan “Report” İnformasiya Agentliyinin bölgələrdəki bürolarının sayı 9-a çatıb.

Hazırda media qurumunun Qərb, Şimal-qərb, Cənub, Yuxarı Şirvan, Şimal, Muğan, Aran və Qarabağ büroları mövcuddur.

“Report”un 6 xarici ölkədə büroları da fəaliyyət göstərir. Bunlar Türkiyə, ABŞ, Rusiya, Şərqi Avropa, Fransa və Türkmənistandakı bürolardır.

Xəbər lenti