Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçelinin təşəbbüsü ilə Şuşada tikiləcək və "Azadlıq çiçəyi" olaraq bilinən Xarı bülbül simvolunu özündə əks etdirəcək məktəbin təməlqoyma mərasimində Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir.
Tehsil.biz xəbər verir ki, MHP liderinin müşaviri və layihənin baş memarı Yusif Ziya Günaydın, MHP sədr müavini Mevlüt Karakaya və Ülkü Ocaqlarının sədri Ahmet İgit Yıldırım Azərbaycana səfər edib, səfər altı gün davam edib.
Səfər barədə məlumat verən Yusif Ziya Günaydın dövlət başçısı İlham Əliyev, prezident köməkçisi Hikmət Hacıyev, Təhsil naziri Emin Əmrullayevlə görüşdüklərini qeyd edib:
"Cənab Əliyev dedi ki, məktəb üçün ən gözəl yerdən ərazi ayrılacaq. Görüşümüz bir saatdan çox davam etdi və "Qardaşım" deyərək həm prezidentimizə, həm də sədrimizə təşəkkür etdi".
Bizə "qardaşımsız Şuşaya getmərəm, birlikdə gedəcəyik" dedi. Hörmətli Dövlət bəyin də gəlməsini istədi".