Logo

“Məktəbdə...” layihəsinin növbəti qonağı Mirşahin Ağayev olub - FOTO

11.01.2023 20:12 519 baxış
IMG

“Məktəbdə...” layihəsinin növbəti görüşü Bakı şəhəri 118 nömrəli tam orta məktəbdə keçirilib.

Tehsil.biz xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı Real Təhlil və İnformasiya Mərkəzinin direktoru, Əməkdar jurnalist  Mirşahin Ağayev olub.    

Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə M.Ağayev özünün məktəb illəri, yadda qalan xatirələrindən söz açıb, müasir dövrün tələbləri və bugünün məktəbi, təhsilə ictimai baxış, məktəb və müəllim nüfuzunun qorunması,  ixtisas seçimi zamanı diqqət yetirilməli olan məqamlardan danışıb.  

Müasir dünyada mətbuatın, xüsusilə elektron medianın rolundan danışan qonaq öyrədici informasiyanı seçmək bacarığı, sosial şəbəkələrin gənclərə təsirləri və mövcud imkanlardan səmərəli istifadə yollarından söz açıb. M.Ağayev Vətən Müharibəsinin ön cəbhəsində düşmənlə vuruşan əsgərlə media əsgərini birləşdirən ortaq dəyərlər, hər peşədə, sənətdə fərqlənməyi bacarmaq və digər maraqlı mövzular ətrafında şagirdlərlə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb.  

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Xəbər lenti