Logo

Sertab Erener Bakıda konsert verəcək

11.01.2023 21:20 487 baxış
IMG

Fevralın 14-də Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Sertab Erener konsert proqramı ilə çıxış edəcək.

Tehsil.biz xəbər verir ki, sevilən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.

Qeyd edək ki, Türkiyənin güclü səsi Sertab Erener 2003-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Everyway that i can” mahnısı ilə birinci yerə çıxaraq qalib olub. Həmçinin o, 2012-ci ildə “Türk klassik musiqisinin ən yaxşı qadın solisti” nominasiyasında "Altın Kelebek" mükafatı ilə təltif edilib.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Xəbər lenti