Fevralın 20-də SumqayıtDövlət Universitetində Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisimetodikası kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq ana diligününə həsr olunmuş "Ana dilimizi sevək və qoruyaq” mövzusundaonlayn formatda dəyirmi masa keçirildi.
Tədbirdə SDU-nunFilologiya fakültəsinin professor-müəllim heyəti, magistrant, doktorant vədissertanları, qonaq qismində isə AMEA-nın Folklor İnstitutunun direktoruakademik Muxtar İmanov, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiriprofessor Buludxan Xəlilov, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiriprofessor Sənubər Abdullayeva, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinindirektoru professor Sevinc Əliyeva, ADPU-nun Filologiya fakültəsinin dekanıprofessor Mahirə Hüseynova, BDU-nun Azərbaycan dili və nitq mədəniyyətikafedrasının müdiri professor İlhamə Hacıyeva, Naxçıvan Dövlət UniversitetininAzərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova, BSU-nunTürkologiya kafedrasının dosenti Nuridə Novruzova, Azərbaycan dili kafedrasınınprofessoru İkram Qasımov, Gəncə Dövlət Universitetinin Azərbaycan dilikafedrasının professoru Yadigar Əliyev iştirak etdilər.
Tədbiri giriş sözü iləSDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraquniversitetin rektoru professor Elxan Hüseynovun salamlarını tədbiriştirakçılarına, qonaqlara çatdırdı və 21 fevral-Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən,ədəbi dil normalarının qorunmasının vacibliyindən danışdı, özünəməxsusluğu iləseçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirdi. O xatırlatdıki, 21 fevral tarixinin "Beynəlxalq Ana dili günü” kimi qeyd olunması 1999-cuilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə BMT tərəfindən qəbul olunaraqtəsdiqlənmişdir. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədiləhər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığınıhiss etmək,onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunubir daha xatırladır. Prorektor onu da qeyd etdi ki, bir çox dövlətlərdə olduğukimi, respublikamızda da bu əlamətdar gün qeyd olunur. Sevindirici haldır ki,dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ etmək kimi məsələlər ölkəmizdə təkcəbu gün aktuallaşdırılmır, müntəzəm olaraq həyata keçirilir. Bu istiqamətdə uluöndər Heydər Əliyev ardıcıl və məqsədyönlü dil siyasəti aparıb, Azərbaycandilinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib. Hazırda bu ənənələridövlətimizin başçısı cənab İlham Əliyev uğurla davam etdirməkdədir.
Filologiya fakültəsinindekanı, dosent Sevinc Həmzəyeva çıxış edərək qeyd etdi ki, 21 fevralın BeynəlxalqAna Dili günü kimi qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi mərhələləri,rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə tələbələrin məlumatınıartırmaq, ana dilimizi gələcək nəsillərə ötümək üçün onlarda doğma dilimizəsevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir. Dekan onu da vurğuladıki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalqmünasibətlər sisteminə yol tapması ümummilli liderimiz Heydər Əliyevin dilinqorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli çıxış edərək BeynəlxalqAna dili gününün dünya ölkələri tərəfindən böyük təntənə ilə qeyd olunmasından,dilin ünsiyyət vasitəsi, millətin simasını səciyyələndirən əsas amillərdən, hərhansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti və qan yaddaşıolmasından danışdı. Bildirdi ki, Azərbaycan dili dünya dilləri arasında özünəməxsusluğuilə seçilir və xalqımızın milli varlığını müəyyən edən başlıca amillərdəndir.Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti olmaqla bərabər, eyni zamanda,dövlət müstəqilliyimizin əsas amili, rəmzidir. Azərbaycan dilinin dövlət dili səviyyəsinəyüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün dəAzərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafınaqayğı ilə yanaşır. Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademikMuxtar İmanov "Ana dili mücadiləsi müstəqillik uğrunda mübarizənin tərkib hissəsikimi”, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev"Ana dilimiz: mövcud durum və problemlər”, ADPU-nun Azərbaycan dilikafedrasının müdiri professor Buludxan Xəlilov "Azərbaycan dilinin tətbiqi məsələləri”,BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Sənubər Abdullayeva"Müstəqil dövlətin dili onun varlığı və gələcəyidir”, Dövlət Dil Komissiyasıyanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva "Ana dilimizinsaflığının qorunması və qarşıda duran vəzifələr”, BDU-nun Azərbaycan dili vənitq mədəniyyəti kafedrasının müdiri professor İlhamə Hacıyeva "Dil siyasəti vəəlifba məsələsi”, ADPU-nun Filologiya fakültəsinin dekanı, professor MahirəHüseynova "Dilimiz ruhumuzun qidasıdır", Naxçıvan Dövlət Universitetinin Azərbaycandili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova "Çağdaş Azərbaycandilinin aktual problemləri”, BSU-nun Türkologiya kafedrasının dosenti NuridəNovruzova "Bakı şəhərində Dövlət dilinin tətbiqi problemləri”, BSU-nun Azərbaycandili kafedrasının professoru İkram Qasımov "Reklamların dili haqqında”, GəncəDövlət Universitetinin Azərbaycan dili kafedrasının professoru Yadigar Əliyev"Azərbaycan dilində leksik-terminoloji yeniləşmədə Türkiyə türkcəsi sözlərininiştirakı”, SDU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasınındosenti Günel Paşayeva "Sosial şəbəkələrin ana dilimizə təsiri”, baş müəllim XəyaləMürsəliyeva "Ana dilinin inkişafında müəllimin rolu” mövzularında çıxış etdilər.Natiqlər Azərbaycan dilinin saflığı və onun qorunması məsələsindən danışdılar,dövlətin uğurlu dil siyasəti apardığını vurğuladılar.
AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli "Azərbaycandilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsiilə bağlı tədbirlər haqqında” Fərmanının dilimiz üçün əhəmiyyətini yüksək qiymətləndirdilər.Ana dilimizin saflığını qorumaq və onu dərindən öyrənmək hər bir azərbaycanlı gəncinvətəndaşlıq borcu olduğunu qeyd etdilər.
Tədbirdə alimlər mövzu iləəlaqədar yaranan sualları ətraflı cavablandırdılar və tədbirin təşkilinə görəSDU-nun rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıqlarını bildirdilər.