Logo

BDU-nun tələbələri üçün Erasmus+ proqramı

07.10.2020 09:33 649 baxış
IMG

İspaniyanın Kadiz Universiteti Erasmus+KA 107 proqramı çərçivəsində təhsil alacaq BDU tələbələrinə çağırış edib. Bütün dünyada hökm sürən və ali təhsil müəssisələrinə də təsir göstərən pandemiya səbəbi ilə, İspaniyanın Kadiz Universiteti Erasmus+KA 107 proqramının 2018 və 2019-cu il layihələrində iştirak etməli olan tələbələrin dərslərini 2020-2021-ci tədis ilinin ikinci semestrinə keçirmək qərarına gəlib. Bildirilib ki, 2019-2020-ci tədris ili üçün nəzərdə tutulan qrantlar 2020-2021 tədris ili üçün paylanılacaq.

 

İspaniyanın Kadiz Universiteti tərəfindən 2020-2021-ci ilin ikinci semestri haqqında qərar təsdiqlənəcəyi zaman Erasmus + KA107 çağırışı üçün gələn BDU tələbələrinə məlumat veriləcək.

 

Daha ətraflı məlumat əldə etmək istəyən tələbələr [email protected] elektron ünvanı və yaxud   +994 12 5390557 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti