“Şuşa Real Məktəbinin layihələndirmə işləri aparılır”.
"Tehsil.biz"in məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.
Onun sözlərinə görə, Laçında 2 nömrəli və Laçın-Zabux məktəbinin əsaslı təmir işlərinə başlanıb:
"Ağalı kənd məktəbindən əlavə olaraq 2022-ci ildə Tərtər rayonu, Suqovuşan kənd məktəbi əsaslı təmirdən sonra hazırlanıb.
“Hələ istismara verilməyib, amma açılışa hazırdır. Şuşada 1 nömrəli və Ağdam şəhərlərində 1 nömrəli 960 yerlik məktəblər tikilir. Hər ikisinin bu ilin sentyabrında təhvil verilməsi gözlənilir.
Füzuli, Cəbrayılda və Zəngilanda 960 yerlik məktəblər tikilir".