"Son 15 ildə ölkədə 3500-dən çox yeni məktəb binası tikilərək istifadəyə verilib".
Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev deyib.
Bildirib ki, ölkə üzrə məktəblərdə monitorinq prosesi başa çatıb: "Bir məktəbin tikintisinə başlamaq üçün 6 ay tələb olunur. Yeni tikilmiş bəzi məktəblərin yenidən təmirinə ehtiyac olub. 2016-2022-ci illər ərzində 414 modul tipli məktəb tikilib".
Fərhan Əliyev qeyd edib ki, ötən il ərzində 71 məktəbə yeni qaz xətti çəkilib. Əlavə olaraq 37 təhsil müəssisəsinin layihələndirilməsinə başlanılıb.