Logo

Yardımlının bu məktəbində dərslər hərraca çıxarılıb - İDDİA

12.01.2023 15:35 728 baxış
IMG

"Yardımlı rayon Avaş kənd məktəbində təhsil çox acınacaqlıdır".

Bu barədə "Tehsil.biz"in redaksiyasına daxil olan məlumatda bildirilir.

Qeyd olunub ki, məktəbin direktoru Rafiq Əliyev məktəbi özü üçün biznes obyektinə çevirib:

"Hansı müəllim çox pul versə, dərs saatı çox olar. Bu dərs ilində məktəbdə xarici dil tamam keçirilmir. Əvvəlki illər rus dili keçirilirdi, lakin bu il heç bir xarici dil keçirilmir. Direktor xarici dilin dərs saatlarını müəllimlər arasında hərraca qoyub. Uşaqların gələcəyi nə olacaq heç kimin vecinə deyil".

Qeyd edək ki, iddialarla bağlı saytımız tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu göndərilib. Mövzu ilə bağlı qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Xəbər lenti