Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev idarənin inzibati binasında vətəndaşları qəbul edib.
Tehsil.biz xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş qəbulunda əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların GDRTİ-nə müraciət etmək imkanlarını artırmaqdan ibarətdir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən vətəndaş qəbulu hər həftənin çərçənbə günü saat 15:00-dan 17:00-dək keçirilir. Qəbulda iştirak etmək istəyən şəxslərin əvvəlcədən qəbula yazılmaları mütləqdir.