Logo

Ulu Öndərin 100 illik yubileyi münasibətilə təqvim hazırlanıb - FOTO

12.01.2023 20:49 468 baxış
IMG

Hüseyn Cavidin ev-muzeyi tərəfindən hər il ənənəvi olaraq hazırlanan və nəşr edilən təqvim bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Tehsil.biz xəbər verir ki, təqvimdə 2023-cü il üçün əlamətdar günlər, Ümummilli Lider Heydər Əliyevin Cavidlər ailəsinin həyatında oynadığı tarixi məqamlar əksini tapıb.

Təqvimin səhifələrində böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat, Cavidlər ailəsinin hər bir üzvünün müxtəlif fotoları və görkəmli sənətkarın əsərlərindən parçalar yer alıb.

Qeyd edək ki, vəsait şairin həyat və yaradıcılığının təbliği məqsədi daşıyır.

Xəbər lenti