Logo

AzTU-nun tələbəsi, şəhid Ziyadxan Əliyevin doğum günüdür

12.01.2023 22:49 362 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, şəhid Ziyadxan Əliyevin doğum günüdür

Tehsil.biz xəbər verir ki, Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2014-cü ildə AzTU-ya qəbul olunub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Ziyadxan Əliyev 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüş meydanında yaralı hərbçiləri təxliyə edən zaman şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ziyadxan Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər lenti