Gənclər və İdman Nazirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı videoçarx hazırlayıb.
"Tehsil.biz"in məlumatına görə, videoda Ümummilli Liderin Azərbaycanın müstəqilliyi əldə etməsindən və bunun əhəmiyyətindən bəhs edən fikirləri yer alıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ilin ulu öndərin anadan olmasının 100 illiyi əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilməsi haqda sərəncam imzalayıb.