Logo

“Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda forum keçirilib

13.01.2023 00:37 320 baxış
IMG

Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb-liseydə “Heydər Əliyev İli”nə həsr olunmuş “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda forum keçirilib. 

Tehsil.biz xəbər verir ki, forumda Oğuz rayon Təhsil Sektorunun əməkdaşları Ş.Soltanov, H.Rəsulova, G.Abdullayeva, Oğuz rayon YAP təşkilatının sədri S.Məhərrəmov, Gİİ-in rəisi R.Mahmudov, Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. 

Forumu giriş nitqi ilə açan məktəb-liseyin direktoru E.Bilalov Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki tutduğu mövqedən, ölkənin inkişafı üçün həyata keçirdiyi islahatlardan bəhs etmişdir. 

Təlim-tərbiyə işləri üzrə direktor müavini Elnur İsrafilov "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ötən əsrin 60-cı illərindən başlayaraq ölkəmizin 30 ildən artıq bir dövrünü əhatə edən, ən yeni tarixi və bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlıdır. 

Məktəb-liseyin tarix müəllimləri M.Kərimova və A.Kərimova “Heydər Əliyev və Azərbaycan təhsili", “Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzularında çıxış edib. 

Daha sonra forum məktəb-liseyin 9 t sinif şagirdlərinin “Heydər Əliyevin gənclər və təhsil siyasəti“mövzusunda təqdimatları ilə davam etdirilib.

Xəbər lenti