Logo

Gəncə-Daşkəsən Regionalı üzrə monitorinq imtahanları keçirilib

13.01.2023 09:49 312 baxış
IMG

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX sinif şagirdləri buraxılış imtahanı fənn bloku üzrə monitorinq imtahanına cəlb edilib.

İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, Gəncə şəhəri üzrə 2206, Daşkəsən rayonu üzrə 249, Göygöl rayonu üzrə 911, Goranboy rayonu üzrə 1438, Naftalan şəhəri üzrə 123, Samux rayonu üzrə 811 nəfər, ümumilikdə, 5738 nəfər IX sinif şagirdi buraxılış imtahanı fənn bloku üzrə monitorinq imtahanına cəlb olunub.

Monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənn bloku üzrə tədris keyfiyyətini daha da artırmaqdır. Eyni zamanda, məktəb özünüqiymətləndirməsi ənənəsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.

Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb. Nəticələr yaxın günlərdə açıqlanacaq.

Xəbər lenti