Yanvarın 11-də Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbdə "Məktəbdaxili intizam qaydalarına birgə əməl edək" mövzusunda maarifləndirici tədbir təşkil edilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Çıxış edənlər “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları" və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” barədə geniş danışıblar.
Qeyd edək ki, bu sənəd ümumi təhsil müəssisəsi təhsilalanlarının hüquqlarını təmin etmək məqsədilə məktəbdə nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir..