Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhərində yerləşən 8 və 20 nömrəli məktəblərdə istilik probleminin olması məsələsinə münasibət bildirib.
İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, məsələ araşdırılıb.
"Məlumat araşdırılıb. Payız-qış mövsümü ilə əlaqədar 8 nömrəli məktəb mazutla, 20 nömrəli məktəb isə dizel yanacağı ilə tam təmin olunub və istiliklə bağlı heç bir problem yoxdur", - qurumdan bildirilib.
Qeyd edək ki, sosial şəbəkədə Mingəçevir şəhər 8 və 20 nömrəli məktəblərdə istilik probleminin olduğu ilə bağlı məlumat paylaşılmışdı.
Mərcanə Əsədova