Logo

Məktəblərdə qış tətilinin vaxtı AÇIQLANDI

13.01.2023 16:26 1306 baxış
IMG

Ümumtəhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb.

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində 5 gün (27-31 yanvar) qış tətili müəyyən edilib:

"Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir", - nazirlikdən qeyd olunub.

Xəbər lenti