Logo

Müəllimi təhqir və təhdid altında saxlayan direktor və müavini - İDDİA

21.02.2021 19:44 1218 baxış
IMG

"Direktorun əlaltısı Novruz İsmayılov mənim  haqqımda yazıb müəllimləri ayağa qaldırmaq istəyir. Mən qrupda yoxamsa, mənim haqqımda şər yazmağa, mənə mikrob deməyə ona kim ixtiyar verib? Başqalarının yanında arxamca təhqirlər yağdırır". 

 

Bu sözləri Tehsil.biz redaksiyasına növbəti şikayətini bildirən Aynurə Qasımova deyir:

 

"Yaratdığı "whatsapp" qrupuna ağ yalanlar yazıb yenə...  Haqqımda böhtanlar yazır, ancaq müəllimlər məni tanıyır və bütün danışıqları mənə çatdırırlar, lakin hədə-qorxu altında qaldıqları üçün məni müdafiə edə bilmirlər".

 

O bildirir ki, direktor Azər Ələkbərov və təsərrüfat işləri üzrə müavini Novruz İsmayılov məktəbdə qeyri-qanuni əməlləri və hədə-qorxuları ilə bizə qorxu gəlir.

 

"Müəllimləri öz tərəfinə keçirmək üçün dayanmadan məktəb qrupuna mənim haqqımda şər böhtan yazır".

 

Şikayətçi direktor Azər Ələkbərovla yanaşı, ona bu əməllərində yardımçı rolu oynayan Novruz İsmayılovdan da şikayətçi olduğunu bildirir:

 

"Təsərrüfat işləri üzrə müdir Novruz müəllim  də bu işdə direktor Azər Ələkbərova yardım etməklə məşğuldur. Novruz müəllim mənimlə əlaqə saxlayaraq kobud şəkildə iradlar bildirir, mənə başıma problem açmaqla bağlı hədələr edir.  Mənə şantaj mesajı yollayıb deyir ki, elə etmə ki, başına problem açılsın. Daha sonra kobud danışığını və təhdid dolu sms-ini silsə də, bu, tərəfimdən faktlaşdırılmışdır".

 

Aynurə müəllimə məsələnin qanuni yolla həll edilməsini, direktoru və onun köməkçilərini əməllərindən əl çəkmələrini tələb edir:

 

"Mənim məqsədim direktoru məktəbdən kənarlaşdırmaq deyil, sadəcə ona və əlaltılarına insanlığı başa salmaq lazımdır.  Mənə kömək etməyinizi xahiş edirəm. Direktor Azər Ələkbərov haqqımızı, şərəf və ləyaqətimizi ayaqlar altına ataraq, məni təhqir edir, hər kəsin yanında alçaldır, mənə hədə-qorxu gəlir, şantaj edərək şərləyib işdən atacağı ilə qorxutmağa çalışır".

 

Qeyd: Qarşı tərəflərin mövqeyini yayımlamağa hazırıq!

Xəbər lenti