Logo

Direktorların Təlim Mərkəzinin növbəti görüşü keçirilib

14.01.2023 10:13 344 baxış
IMG

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorlarının peşəkarlığının artırılması, əməkdaşlığın möhkəmləndirilməsi və həmkarlar arasında fərdi praktik təcrübələrin mübadiləsi məqsədi ilə yaradılan Direktorların Təlim Mərkəzi öz fəaliyyətini davam etdirir.

Tehsil.biz xəbər verir ki, Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdə həyata keçirilən təlimin mövzusu “Məktəb sənədlərinin təşkili” olub.

Qeyd edək ki, təlimçilər seçilərkən elektron qaydada hazırlanan sorğunun nəticəsinə əsasən təlimçi direktor olmaq istəyən şəxslər müəyyənləşib və mövzulara uyğun təlabata görə təlimlərin keçirilmə ardıcıllığı və müdavimlər siyahısı müəyyən olunub.

Gəncə şəhər ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə keçirilən təlimlər növbəli şəkildə Regional Təhsil İdarəsinin tabeliyində olan digər ümumtəhsil məktəblərinin direktorları üçün də keçiriləcək.

Xəbər lenti