Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində məsləhətçi vəzifəsinə təyinat olub.
"Tehsil.biz"in məlumatına görə, bu vəzifə Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin sabiq müdiri Emin Məmmədova həvalə edilib.
Qeyd edək ki, E.Məmmədov ötən gün Naxçıvan MR Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsindən azad olunub.