Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və "TutorLab.az"ın tərəfdaşlığı ilə 28 yanvar 2023-cü il tarixində "Gənc müəllimlərin III şəbəkələşmə forumu" keçiriləcək.
AGMA-dan "Tehsil.biz"ə verilən məlumata görə, Gənclər Gününə həsr olunan forumun məqsədi gənc müəllimlərin motivasiyasının artırılması və 21 - ci əsr bacarıqlarının təşviq edilməsi üçün gənc müəllimləri bir araya toplamaqdır.
Forum 28 yanvar 2023 –cü il tarixində Bakı Slavyan Universitetində (BSU) keçiriləcək.
Qeyd edək ki, forumda iştirak edən müəllimlərə onlayn iştirakçı sertifikatı veriləcək.
Qeydiyyat linki: https://ref.az/sJ5rHy