Lökbatan qəsəbəsində yerləşən 106 nömrəli tam orta məktəbin valideyinləri tərəfindən redaksiyamıza göndərilən şikayəti olduğu kimi dərc edirik:
"Diqqətlə oxuyun. 106 nömrəli məktəbdə baş verib. Uşaqlara problem yaratmasınlar deyə “müəllimcik”lərin adını sildim. Bilmədim harda ictimailəşdirim bu iyrəncliyi. Ağlıma bu qrup gəldi. Başqa harda paylaşa bilərəm qızlar? Kömək edərsiniz.
Deməli bu 106 nömrəli məktəbdə 11-ci sinifə rəhbərlik edən “müəllimə” belə bir bəyannamə hazırlayıb və uşaqlara göndərib ki, digər uşaqlara çatdırsınlar. Bəyannaməyə bax da a kişi, oxuyanda əsəbləşməmək əldə deyil. Hələ bunun bəndlərinə bax sən. Rüşvətxorluq baş alıb gedir və bu normal bir şey imiş kimi demək olar hər məktəbdə hər il baş verir, hamı da buna susur, üstəlik pulları da verirlər e o rüşvətxorlara. Niyə susmalıyıq ki? Nə vaxta kimi davam edəcək bu? Mən Bakıda oxumamışam məktəbi, rayonda kənd məktəbində oxumuşam və bizdə əsla belə şeylər yox idi. Biz müəllimə bir dənə gül aparıb verəndə müəllim utanırdı, “lazım deyil” deyirdi. Pul vermək nədir axı? Özü də 50 manat? Kasıblara da 10 manat endirim ediblər. Tüpürüm belə müəllimliyə də, belə sistemə də. Hələ adını qırmızıladığım müəllimlərdən biri kişi idi. 8 martda kişiyə niyə pul verirsiz yaxşı? Üstəlik pul verməsələr müəllimlər halallıq verməyəcəkmiş. Əsəbdən qəhqəhə atdım o hissəni oxuyanda. Sənin kimi rüşvətxor halal nədir bilir ki, hələ kiməsə halallıq da verir? Pul verməyənə isə qiymət yazmayacaqmış. Uşaqlar o əziyyətlə 11 il oxusun, əziyyət çəksin, pandemiya ilə, stress ilə, həyacan ilə əlləşsin, sən də 50 manat yeyə bilməyəcəyin üçün uşağa qiymət yazma. Bu bəzilərinizə normal gələ bilər, hətta “əşi nə var ki burda, hər il hər yerdə olan şeydi də” deyə də bilərsiniz. Amma mən susmayacam və çalışdığım qədər ictimailəşdirəcəm".
Qeyd: Qarşı tərəflərin mövqe bildirmələrini gözləyirik!