Logo

Misirdə yeni firon sərdabəsi tapılıb

15.01.2023 20:07 350 baxış
IMG

Misirdə arxeoloqlar qazıntılar zamanı qədim firon məzarı aşkar ediblər.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, sərdabə Luksor şəhərində üzə çıxarılıb.

Ölkənin Qədim Tarix Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, kəşf Qahirədən 650 kilometr cənubda Nil çayının qərb sahilində edilib.

Onun sözlərinə görə, məzarın eramızdan əvvəl 1550-1292-ci illərdə mövcud olmuş Misir fironlarının 18-ci sülaləsinə aid olduğu ehtimal edilir.

Xəbər lenti